Özünüzü bir az da tanıyın – TEST

Özünüzü bir az da tanıyın – TEST
  18 Yanvar 2014    Oxunub:2950
Məlum olduğu kimi insanlar müxtəlif xarakterli, kimi həmişə darıxdırıcı, kimi daim şən, kimi əhval ruhiyyəsindən asılı olaraq dəyişkən olur. Elə insanlar da var ki, əslində xasiyyətcə şən və ya darıxdırıcı olmasına baxmayaraq kənardakılar onu başqa cür tanıyır. Bəs siz necə insansınız? AzVision.az-ın təqdim etdiyi testdən keçməklə özünüzü bir az da tanıya, və ya düşündüyünüz kimi olub olmadığınızı müəyyən edə bilərsiniz. Aşağıdakı sualları cavablandırın:

1. Acı ədviyyatlı yeməkləri xoşlayırsınızmı?
Bəli-3 xeyr-2

2. Bəzən dişlərinizi yumağı unudursunuzmu?
Bəli-4 xeyr-1

3. Bəzən olurmu ki, sevincdən tavana hoppanmaq istəyirsiniz?
Bəli-4 xeyr-2

4. Yığıncaqda özünüzü yaxşı hiss edirsinizmi?
Bəli-2 xeyr-1

5. Öz qonaqlarınızla məşğul olmağı bacarırsınız?
Bəli-3 xeyr-2

6. Krossvord həll etməyi xoşlayırsınızmı?
Bəli-1 xeyr-4

7. Gimnastika ilə məşğul olursunuz?
Bəli-3 xeyr-1

8. Başının tez-tez ağrıyır?
Bəli-1 xeyr-2

9. Melanxolik əhval–ruhiyyədə tez-tez olursunuz?
Bəli-4 xeyr-1

10. Həmişə eyni saç düzümündə gəzirsiniz?
Bəli-4 xeyr-1

11. Sakit, səssiz şəraitdə işləməyi sevirsinizmi?
Bəli-4 xeyr-1

Cavablara əsasən ballarlınızı toplayın və nəticələrlə tanış olun:
20 baldan az -I Tip
21-25 bal - II Tip
25 baldan çox – IIITip


I Tip - Siz yığıncaqları sevmirsiniz, sakitliyə, təmiz havada gəzintiyə üstünlük verirsiniz. Axşamı səs-küylü kafedə keçirməkdən daha çox evdə və ya təbii şəraitdə dostlarınızla ünsiyyət sizi sevindirir. Ona görə də tanışlarınız elə fikirləşirlər ki, siz darıxdırıcı insansınız.

II Tip – İnsanlara daha asan öyrəşirsiniz. Əhvalınız həddən artıq tez dəyişkəndir: bəzən kədərli, bəzən son dərəcə şən.

III Tip – Tanışlarınız hiss edirlər ki, yığıncaqlarda siz əvəzedilməzsiniz və son dərəcə lazımlısınız. Yumor hissiniz var. Başqalarında yüksək əhval-ruhiyyə yaratmağa köməklik edirsiniz. Maraqlı əhvalatlar danışmaqdan xoşunuz gəlir.


Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti