34 gənc xaricdə doktorantura təhsili alacaq

 34 gənc xaricdə doktorantura təhsili alacaq
  01 İyul 2020    Oxunub:3448
Xaricdə doktorantura təhsili üzrə 67 nəfər müraciət edib, onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Müjdat Həsənov deyib. Onun sözlərinə görə, müsahibədə iştirak edən 29 nəfər müsbət, 8 nəfər isə mənfi cavab alıb.

“Müsbət cavab alanlardan 2 nəfər şəxsi məsələləri ilə əlaqədar imtina edib, 7 nəfərin birbaşa namizədliyi təsdiq edilib. Ümumilikdə 11 ölkənin 22 nüfuzlu universitetində 34 gənc tədqiqatçılar tədqiqat almaq hüququ qazanıb. Ölkələr əsasən Türkiyə, Almaniya, İtaliya, ABŞ, Belçika, Rusiya, Niderland, Kanada və digərləridir”.

M.Həsənov bildirib ki, dövlət proqramının birinci mərhələsində 9 yerli ali təhsil müəssisəsi iştirak edir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xaric   Təhsil  





Xəbər lenti