Respublika fənn olimpiadalarının qalibləri məlum oldu

Respublika fənn olimpiadalarının qalibləri məlum oldu
  01 İyul 2020    Oxunub:3190
Respublika fənn olimpiadalarının qalibləri müəyyən olunub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, olimpiadanın nəticələrinə görə, 55 nəfər qızıl, 105 nəfər gümüş, 160 nəfər bürünc olmaqla ümumilikdə 320 nəfər qalib elan edilib.

Qaliblər ölkəmizin 42 şəhər və rayonundan olmaqla 158 ümumi təhsil müəssisəni əhatə edir. Onlardan 101 nəfəri qız, 219 nəfəri isə oğlandır.

Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 10 qızıl medalçı – “Birincilərin birinciləri” nominasiyasına layiq görülüb.

Azvision.az


Teqlər: Təhsil   Olimpiyada  





Xəbər lenti