TƏBİB: 209 koronavirus xəstəsi reanimasiyadadır
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, bu gün koronavirusa görə 7106 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 468 min 967-yə çatıb.
Hazırkı dövrədək ölkəmizdə 16 min 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib. Aktiv xəstə sayı 7200 nəfərdir.
Azvision.az
Teqlər: TƏBİB Koronavirus