Azərbaycanın 2 universiteti dünya reytinqində

Azərbaycanın 2 universiteti dünya reytinqində
  17 İyun 2020    Oxunub:2657
Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) 2020-ci il üçün BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edən reytinq cədvəlini (“THE University Impact Rankings 2020”) açıqlayıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, dünya universitetlərinin fəaliyyətini BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” üzrə ölçən reytinqdə Azərbaycanın 2 ali təhsil müəssisəsi yer alıb.

Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Xəzər Universiteti 601+ aralığında qərarlaşıb.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti