Nazirlik vətəndaş qəbulunu iyulun 1-dək dayandırdı

Nazirlik vətəndaş qəbulunu iyulun 1-dək dayandırdı
  16 İyun 2020    Oxunub:1960
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyulun 1-dək fəaliyyətini dayandırıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Azvision.az



Teqlər: Təhsil  





Xəbər lenti