Bu gün ilk dəfə virtual “Son zəng” keçiriləcək - VİDEO

   Bu gün ilk dəfə virtual “Son zəng” keçiriləcək -    VİDEO
  12 İyun 2020    Oxunub:9051
Bu gün Azərbaycanda ilk dəfə olaraq orta məktəbi bitirən XI sinif şagirdləri üçün virtual “Son zəng” keçiriləcək.
Azvision.az -ın məlumatına görə, bütün bölgələrin məzunları ilə birlikdə himn oxunacaq. Daha sonra 3 ay ərzində teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləmək mümkün olacaq.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirir.



Azvision.az


Teqlər: Son-zəng  





Xəbər lenti