Bakıda 19 mindən çox şagird məktəbi bitirir

Bakıda 19 mindən çox şagird məktəbi bitirir
  10 İyun 2020    Oxunub:2845
2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini 124, xüsusi məktəblərin buraxılış siniflərini isə 323 nəfər bitirəcək.
İdarədən Azvision.az -a verilən məlumata görə, paytaxtda 45 573 nəfər I sinfi başa vuracaq.

Bu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 440 426 şagird təhsil alır. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 27 786 müəllim fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində paytaxt üzrə 268 ümumi təhsil məktəbində fəaliyyət göstərən 983 məktəbəhazırlıq qrupuna 25 832 uşaq cəlb olunub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların ümumilikdə beşyaşlıların 90 faizini əhatə etməsi nəzərdə tutulur.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

Azvision.az



Teqlər: Şagird  





Xəbər lenti