Fiziki məhdudiyyətli 6 şagird imtahan verəcək

Fiziki məhdudiyyətli 6 şagird imtahan verəcək
  08 İyun 2020    Oxunub:2996
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 10-da və 11-də keçiriləcək ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarında fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək.
DİM-dən Azvision.az -a bildirilib ki, bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti