Rusiyada bir gündə 9434 nəfər koronavirusa yoluxdu

Rusiyada bir gündə 9434 nəfər koronavirusa yoluxdu
  23 May 2020    Oxunub:3963
Rusiyada son sutka ərzində 9434 nəfər koronavirusa yoluxub, ümumi aşkar edilmiş yoluxma sayı 335 min 882-yə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxmalar 84 regionda qeydə alınıb.

Son 24 saatda 139 xəstə vəfat edib, epidemiya başlayandan bəri virusdan ölənlərin sayı 3388 nəfərdir.

Bir gün ərzində 8111 nəfər olmaqla, indiyədək 107 min 936 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti