Həftəsonları qadağalar tətbiq oluna bilər

  22 May 2020    Oxunub : 2193
 Həftəsonları qadağalar tətbiq oluna bilər
Həftəsonları və bayram günlərində 2-4 günlük qadağa ilə bağlı qaydalar hazırlanıb.

Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, virusla əlaqəli göstəricilər nəzərə alınmaqla buna gedilməlidir: “Vəziyyət dəyişərsə, önümüzdəki həftə ərzində bu məsələ yenidən müzakirə oluna bilər".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB