Ölkədə koronavirusdan sağalanların sayı 2399-a çatdı

  22 May 2020    Oxunub : 2228
 Ölkədə koronavirusdan sağalanların sayı 2399-a çatdı
Hazırkı dövrədək ölkəmizdə 3855 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, onlardan 2399 nəfər müalicə olunaraq sağalıb, 46 nəfər vəfat edib, 1410 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 48 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 259.155 test aparılıb.

Azvision.az

Teqlər: Qərargah   Koronavirus