Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılacaq

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılacaq
  13 May 2020    Oxunub:3329
Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyət rejimi uzadılacaq.
Azvision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan deyib.

İrəvanın mərkəzində gəzən Paşinyan sakinlərlə söhbət zamanı fövqəladə vəziyyət rejiminin uzadılacağını vurğulayıb.

Paşinyan hökumətin iqtisadi və digər bir sıra məhdudiyyətlərə qayıtmaq niyyətinin olmadığını əlavə edib: "Sizdən və məndən çox şey asılıdır".

Daha əvvəl “Facebook” səhifəsindən canlı yayımla ölkədə koronavirusun yayılması ilə bağlı vəziyyəti şərh edən Paşinyan bildirib ki, hər gün 100-dən çox insanın COVID-19-a yoluxması Ermənistanda epidemiya əleyhinə qaydalara əməl olunmadığını sübut edir.

Qeyd edək ki, bu günədək Ermənistanda 3718 nəfər koronavirusa yoluxub, 48 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti