İranda koronavirusa yoluxma sayı yenə artdı

 İranda koronavirusa yoluxma sayı yenə artdı
  13 May 2020    Oxunub:3428
İranda son sutkada 1958 nəfərdə koronavirus aşkarlanıb və ümumi yoluxma sayı 112 725 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, son 24 saatda 50 nəfər vəfat edib. Pandemiya qurbanlarının ümumi sayı 6783 nəfər təşkil edir.

89 428 nəfər virusdan sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda 2735 xəstənin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti