İsraildə COVİD-19-a yoluxma sayı 16 539 oldu

İsraildə COVİD-19-a yoluxma sayı 16 539 oldu
  13 May 2020    Oxunub:3268
İsraildə son sutkada 10 nəfərə koronavirus diaqnozu qoyulub, aşkar edilmiş ümumi yoluxma hallarının sayı 16 539-a çatıb.
Azvision.az ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, COVID-19 aşkarlanan iki xəstə ölüb. İndiyə qədər virusa yoluxmadan ölən xəstələrin sayı 262 nəfərdir.

Bununla yanaşı, çərşənbə axşamı daha 90 xəstə sağalıb, ümumi sağalma sayı 12 173 olub.

İsrail tədricən karantin rejimindən çıxmağa başlayıb. Bazar ertəsi günündən etibarən ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq parklara ziyarət qadağası ləğv olunub, xaricdən qayıdanların isə evdə iki həftəlik karant keçməsinə icazə verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti