Kabildə xəstəxanaya hücumda 24 nəfər ölüb
Bundan əvvəl 13 ölü və 15 yaralının olması barədə xəbər verilmişdi.
Qeyd edək ki, dünən terrorçu-kamikadze Kabildəki bir xəstəxananın girişində özünü partladıb, ardınca isə yaraqlılar xəstəxana binasına hücum ediblər. Tibb işçilərinin yalnız bir hissəsi binanı tərk edə bilib. Tibb müəssisəsi "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı tərəfindən dəstəklənir.
Hücumu təşkil edən bütün yaraqlıların Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Əfqanıstan Kabil Xəstəxana