Bayden daha bir ştatda ilkin seçkidə qalib gəldi

 Bayden daha bir ştatda ilkin seçkidə qalib gəldi
  13 May 2020    Oxunub:2535
Demokratlar partiyasından prezident postuna namizədliyinin irəli sürülməsinə çalışan ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden Nebraskada keçirilən ilkin seçkidə qalib gəlib .
Azvision.az “The New York Times”ə istinadla xəbər verir ki, Bayden seçicilərin 79,2% -nin dəstəyini alıb.

Bayden senator Berni Sandersin seçkiqabağı marafonda iştirakını dayandırmasından sonra demokratlardan ABŞ prezidentliyinə yeganə namizəd olaraq qalıb.

Onun prezidentliyə namizədliyinin irəli sürüləcəyi gözlənilən ABŞ Demokrat Partiyasının qurultayı koronavirusa görə 17-20 avqust tarixinə təxirə salınıb.

Məlumata görə, Bayden artıq partiyanın Milli konqresində 1435 nümayəndənin dəstəyini alıb. Prezidentliyə namizəd olmaq üçün qurultayda səsvermənin ilk turunda 1991 nümayəndənin səsi tələb olunur.

Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Co-Bayden  





Xəbər lenti