Erməni ombudsman deputatla mübahisə etdi

Erməni ombudsman deputatla mübahisə etdi
  12 May 2020    Oxunub:3591
Ermənistan parlamentində ombudsman Arman Tatoyanla "Mənim addımım" blokundan olan deputat Vaqarşak Akopyan arasında mübahisə düşüb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, parlamentin iclasında deputat Akopyan Tatoyanın illik hesabatını tənqid edib.

"Növbəti dəfə mənə səsinizi qaldırmağa, hakimiyyətin mövqeyindən danışmağa və hüquq müdafiəçisini təhdid etməyə cəsarət etməyin. Qanuni məsuliyyətin bütün mexanizmləri var. Üstəlik, hüquq müdafiəçisinin işinin nizamnamə ilə çərçivələnmədiyini belə bilmirsiniz. Sizinlə müzakirə edəcəyim bir şey yoxdur", - deyə Tatoyan deputatın tənqidinə cavab verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti