Lukaşenko koronavirusa qarşı gördüyü işləri təriflədi

Lukaşenko koronavirusa qarşı gördüyü işləri təriflədi
  12 May 2020    Oxunub:3729
"Belarusun yeni növ koronavirusa yanaşma metodundan artıq digər ölkələr də faydalanır".
Azvision.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizdə hər şeyin yaxşı olduğunu demirik. Ancaq 3 ay ərzində istifadə etdiyimiz metod öz nəticəsini göstərib. Qərb ölkələrinə baxın, yavaş-yavaş açıldılar, iqtisadiyyat işə başladı və bu milyonlarla insan deməkdir. Gün ərzində onlarda koronavirusdan ölüm bu üç ayda Belarusda ölənlərin sayından çoxdur", - deyə Lukaşenko vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus   virus  





Xəbər lenti