Kabildə xəstəxanada partlayış törədilib

Kabildə xəstəxanada partlayış törədilib
  12 May 2020    Oxunub:2241
Əfqanıstanın paytaxtı Kabildə kamikadze xəstəxana girişində partlayış törədib.
Azvision.az xəbər verir ki, bu barədə 1TV kanalı məlumat yayıb.

Bildirilir ki, partlayışdan sonra tibb işçilərinin yalnız bir hissəsi binanı tərk edə bilib. Xəstəxana binası hazırda atəşə tutulur, terrorçular əl bombalarından istifadə edirlər.

Polis xəstəxanaya hücumu təsdiqləyib, hadisə yerinə xüsusi bölmə cəlb olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti