Erməni ombudsman azərbaycanlı həmkarı ilə görüşmək istəyir

Erməni ombudsman azərbaycanlı həmkarı ilə görüşmək istəyir
  11 May 2020    Oxunub:5036
Ermənistanın ombudsmanı Arman Tatoyan Azərbaycanın yeni ombudsmanı ilə görüşməyə hazır olduğunu bildirib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Tatoyan parlamentdə ombudsmanın fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Tatoyan vurğulayıb ki, Azərbaycanın keçmiş insan hüquqları üzrə müvəkkilinə də mövcud problemləri müzakirə etmək üçün görüşməyə həmişə hazır olduğunu söyləyib.

Bununla belə, o əlavə edib ki, Dağlıq Qarabağla (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi) bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsmanı” da iştirak etməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Erməni   Ombudsman  





Xəbər lenti