Üç ölkə Suriya ilə bağlı danışıqlar aparır

Üç ölkə Suriya ilə bağlı danışıqlar aparır
  10 May 2020    Oxunub:3348
İran, Rusiya və Türkiyə Suriya üzrə Astana formatındakı növbəti üçtərəfli sammitin keçirilməsi ilə bağlı məsləhətləşmələr aparır.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi bildirib:

“Astana prosesinin təminatçı ölkələri arasında məsləhətləşmələr davam edir. Astana prosesi yaşayır. Müxtəlif konfransların keçirilməsindəki fasilə dünyada koronavirusun yayılması ilə əlaqədardır” - Musəvi İran, Rusiya və Türkiyə prezidentlərinin görüşünün tarixləri barədə suala cavabında deyib.

O, həmçinin Tehranda nəzərdə tutulan sammitin koronavirusla bağlı vəziyyət normallaşdıqdan sonra keçiriləcəyinə ümid edir.

Azvision.az


Teqlər: Suriya   Astana  





Xəbər lenti