Uhanda yeni yoluxma faktı aşkarlandı

Uhanda yeni yoluxma faktı aşkarlandı
  10 May 2020    Oxunub:4384
Çinin Hubey əyalətinin Uhan şəhərində koronavirusa yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Hubey əyalətinin Səhiyyə məsələləri üzrə Komitəsi məlumat yayıb. Virusa yoluxan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Bundan əlavə, gün ərzində Hubey əyalətində xəstəlik əlamətləri olmayan 17 yeni virus daşıyıcısı qeydə alınıb. Ümumilikdə, əyalət üzrə simptomsuz 616 xəstə həkimlərin nəzarəti altına alınıb.

Epidemiyanın başladığı dekabr ayının sonundan bəri Hubeydə 68 min 129 yoluxma (Uhanda 50 min 334 yoluxma) aşkar edilib, 63 min 616 insan sağalıb (Uhanda 46 min 464), 4512 nəfər ölüb (Uhanda 3869).

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Uhan   virus  





Xəbər lenti