ABŞ-ın Çinə qarşı COVID-19 ittihamları yayındırıcı manevrdir - Alman kəşfiyyatı

 ABŞ-ın Çinə qarşı COVID-19 ittihamları yayındırıcı manevrdir -    Alman kəşfiyyatı
  08 May 2020    Oxunub:3619
Almaniyanın Federal Kəşfiyyat Xidməti Amerikanın Çinə qarşı koronavirusla bağlı ittihamlarını ABŞ Prezidenti Donald Tramp administrasiyasının yayındırcı manevri kimi dəyərləndirib.
Azvision.az xəbər verir ki, bu barədə "Der Spiegel" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, keçən həftə Federal Kəşfiyyat Xidməti (FKX) ABŞ-ın bütün "Five Eyes" adlanan kəşfiyyat tərəfdaşlarından (ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya) COVID-19-un mənşəyi barədə məlumat istəyib. Lakin, heç kim almanların sorğusuna cavab verməyib.

Müdafiə naziri Anneqret Kramp-Karrenbauerə gizli bir məktubda FKX rəsmi Vaşinqtonun iddialarını ABŞ-ın diqqəti yayındırmaq üçün etdiyini bildirib.

Alman kəşfiyyatına görə, Vaşinqton virusun mənşəyi ilə bağlı irəli sürdüyü nəzəriyyə ilə ölkədə buraxdığı səhvlərindən əhalinin diqqətini yayındırır və amerikalıların qəzəbini Çinə yönəltməyə çalışır.

Azvision.az



Teqlər: Almaniya   ABŞ   COVID-19  





Xəbər lenti