Moskvada özünütəcrid rejiminin müddəti uzadıldı

Moskvada özünütəcrid rejiminin müddəti uzadıldı
  07 May 2020    Oxunub:2547
Rusiyanın paytaxtı Moskvada koronavirusla bağlı tətbiq edilən özünütəcrid rejimi mayın 31-dək uzadılıb.
Azvision.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin sərəncam imzalayıb.

Qeyd edilib ki, vətəndaşların özünütəcrid, həmçinin ticarət, xidmət sahələri, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrində müvəqqəti məhdudlaşmaların vaxtı 31 may 2020-ci ilədək uzadılacaq.

“Restoran, teatr, idman obyektləri açmaq hələ tezdir”, deyə Sobyanin bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Moskva   Karantin  





Xəbər lenti