İrəvanda 12 təcili yardım işçisi koronavirusa yoluxub

İrəvanda 12 təcili yardım işçisi koronavirusa yoluxub
  07 May 2020    Oxunub:2522
İrəvanın təcili tibbi yardım xidmətinin 12 əməkdaşında koronavirus infeksiyası aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Təcili tibbi yardım” QSC-nin direktoru Taqui Stepanyan bildirib.

Onun sözlərinə görə, 12 tibb işçisində xəstəliyin əlamətləri olmayıb, lakin virus test sayəsində aşkarlanıb. Hazırda onların hamısı müvafiq tibb müəssisələrində təcrid olunublar.

Xatırladaq ki, Ermənistanda ümumilikdə 2884 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 42 xəstə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti