Rusiyada baş həkim koronavirusdan öldü

 Rusiyada baş həkim koronavirusdan öldü
  07 May 2020    Oxunub:2614
Moskvada 180 nömrəli şəhər poliklinikasının baş həkimi Yuliya Sergeyeva koronavirusdan vəfat edib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, baş həkim bir aydan çox, 43 gün müddətində süni nəfəs aparatına qoşulub. Y.Sergeyeva bütün görülən tədbirlərə baxmayaraq, dünyasını dəyişib.

Sergeyeva 30 ildən çox tibb sahəsində çalışıb, 2016-cı ildən 180 nömrəli klinikaya rəhbərlik edib.

Qeyd edəkki, bir gün əvvəl Prezident Vladimir Putin koronavirusla mübarizə aparan həkimlərə əlavə sığorta zəmanətləri verən fərman imzalayıb. Fərmana əsasən, tibb işçisinin ölümü halında birdəfəlik ödəmə 2,7 milyon rubl təşkil edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Baş-Həkim  





Xəbər lenti