Həbsdən çıxan terrorçu ölkəni təşvişə saldı

Həbsdən çıxan terrorçu ölkəni təşvişə saldı
  07 Yanvar 2014    Oxunub:1245
6 qətl və digər müxtəlif cinayətlərlə bağlı mühakimə olunan Xristodulos Ksiras ayrı ayrılıqda 6 dəfə ömürlük həbs cəzasına məhkum olunub.
AzVision.az Qərb mətbuatına istinadən xəbər verir ki, “17 noyabr” terror təşkilatının üzvü, ömürlük azadlıqdan məhrum edilən Xristodulos Ksiras yaxınlarını görmək üçün həbsxanadan verilən 9 günlük məzuniyyət sonrası həbsxanaya geri qayıtmayıb. Buna qədər 6 dəfə həbsxana müdiriyyətinin icazəsi ilə yaxınlarını ziyarət edən terrorçunun axtarışı bütün ölkə üzrə başlanıb. İnqilabi ideyaları radikal vasitələrə həyat keçirən “17 noyabr İnqilabi Təşkilatı” 1975-2002-ci illər ərzində Yunanıstanda bir sıra silahlı aksiyalar təşkil etmişdi. 23 yunan və xarici vətəndaşın öldürülməsi, partlayışlar və soyğun hadisələri törətməkdə ittiham olunan təşkilatın 14 üzvü həbsxanada cəza çəkir. Azadlıqda olan Xristodulos Ksirasın doğma qardaşı Savvas Xristodulos 33 terror aktında, o cümlədən 5 qətldə və Afinadakı Almaniya səfirliyinə raket hücumunda təqsirli bilinərək 5 dəfə ömürlük azadlıqdan məhrum edilmişdi.

Vüqar İsmayılov



Teqlər:  





Xəbər lenti