Koreya 19 istiqamət üzrə uçuşları bərpa edir

Koreya 19 istiqamət üzrə uçuşları bərpa edir
  07 May 2020    Oxunub:2417
Cənubi Koreyanın ən iri aviadaşıyıcısı "Korean Air" iyun ayından etibarən beynəlxalq marşrutları bərpa edəcək.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, koronavirusun yayılma surəti azaldığı üçün hava şirkəti belə qərara gəlib.

1 iyundan başlayaraq “Korean Air” 19 istiqamət, o cümlədən, Vaşinqton, Vankuver, Toronto, Amsterdam, Frankfurt, Sinqapur, Pekin, Kuala-Lumpura uçuşları bərpa etməyi planlaşdırır. Bəzi uçuşlar gündəlik, digərləri həftədə 3-4 dəfə və daha çox yerinə yetiriləcəkdir.

Şirkət Moskva, Sankt-Peterburq, Vladivostok və İrkutska uçuşları hələlik bərpa etməyəcək.

Hazırda "Korean Air" 13 beynəlxalq marşrut üzrə həftədə 55 uçuş təklif edir, halbuki koronavirus pandemiyasından əvvəl şirkət 110 marşrut üzrə 900-dən çox uçuş həyata keçirmişdi.

Martın sonunda "Korean Air" əksər ölkələr sərhədlərini bağladığından və ya giriş məhdudiyyətləri tətbiq olunduğundan beynəlxalq marşrutlardakı uçuşların 90% -dən çoxunu dayandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koreya  





Xəbər lenti