Çində son sutkada koronavirusdan ölən olmayıb
Bildirilib ki, hər iki hal ölkəyə idxal olunub. Virusa yoluxmadan ölən olmayıb, 46 nəfər sağalıb. Yeni yoluxmanın biri Şanxayda, digəri cənub əyaləti Quandunda aşkarlanıb.
Çində ümumilikdə 31 əyalət üzrə 82585 təsdiq edilmiş yoluxma qeydə alınıb. Hazırda 295 xəstə var, onlardan 3 nəfərin vəziyyəti ağırdır. 77957 nəfər sağalaraq xəstəxanalardan buraxılıb, 4633 xəstə isə ölüb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin Koronavirus