Prezident və xanımı açılış etdi - FOTOLAR

Prezident və xanımı açılış etdi - FOTOLAR
  07 Yanvar 2014    Oxunub:1259
Yanvarın 7-də paytaxtda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub.
AzVision.az xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış olublar.

Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır.

Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə işçiləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Qalereya




Teqlər:  





Xəbər lenti