Yaponiyada koronavirusa yoluxma halları azalır

Yaponiyada koronavirusa yoluxma halları azalır
  06 May 2020    Oxunub:2337
Yaponiyada son sutka ərzində 105 nəfər koronavirusa yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 16 min 189 nəfərə çatıb. Onlardan 590-ı dünyasını dəyişib, 5569 xəstə sağalıb.

Hazırda 312 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə isə ölkə üzrə son günlər yoluxma sayında azalma müşahidə edilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya  





Xəbər lenti