İranda koronavirusa yoluxanların sayı 100 mini ötüb

İranda koronavirusa yoluxanların sayı 100 mini ötüb
  06 May 2020    Oxunub:2589
İranda ötən gün 1680 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların sayı 101 min 650 nəfərə çatıb. İndiyə kimi 81 min 587 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 7 nəfər artaraq 6418-ə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti