“Sisteminizi nizamlayın” - Zöhrabyan hökuməti tənqid etdi

 “Sisteminizi nizamlayın”  - Zöhrabyan hökuməti tənqid etdi
  05 May 2020    Oxunub:2861
Ermənistan hökuməti köməyə ehtiyacı olan vətəndaşları özü müəyyən etməlidir. Bunun üçün hökumət mexanizm hazırlayıb, amma həmin mexanizm işləmir.
Azvision.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan deyib.

Onun sözlərinə görə, vətəndaşlar hökumət tərəfindən hazırlanmış xüsusi sistemdə qeydiyyata alınır, lakin müraciətlər bu günə qədər özünü doğrultmayıb.

"Vətəndaş qeydiyyata alınır, sonra deyirlər ki, bağışlayın, sistem yenilənməyib, onun yenilənməsini gözləyin. Bu, vətəndaşın problemi deyil, sisteminizi nizamlayın ki, ehtiyacı olan insanlar hazırladığınız yardım proqramlarından yararlana bilsinlər", - deyə Zöhrabyan bildirib.

O, hökuməti xüsusi olaraq tələbələrin təhsil xərclərinin ödənilməsi məsələsinə diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, Ermənistan hökuməti koronavirusun yaratdığı çətin şəraitdə öz əhalisinə indiyə kimi heç bir yardım göstərməyib. Parlamentdə təmsil olunan “Parlaq Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları tərəfindən dəfələrlə bu məqama görə hökumət ciddi tənqid olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti