Ruhani: “İran koronavirusun pik həddini keçib”

 Ruhani:  “İran koronavirusun pik həddini keçib”
  05 May 2020    Oxunub:3438
İran koronavirusun pik həddini keçib, vəziyyət tədricən sabitləşir, ancaq virus tezliklə yox olmayacaq.
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani ölkə televiziyasında çıxışı zamanı bildirib.

O deyib ki, İranda koronavirusun yayılmasına nəzər yetirəndə, pik yayılma həddinin martın 16-da başladığını və təxminən üç həftə davam etdiyini görmək olar.

“İndi vəziyyətin sabitləşməsi müşahidə olunur. Lakin qarşıda hələ uzun bir yolumuz var”, - deyə Ruhani əlavə edib.

Onun sözlərinə görə, bəşəriyyət koronavirus üçün dərman və peyvəndi tapana qədər, koronavirus problemi ilə həftələrlə, aylarla qarşılaşmalı olacaq.

Xatırladaq ki, İranda son üç gündə, uzun müddət davam edən azalmadan sonra aşkar edilən infeksiyaların sayı yenidən artmağa başlayıb. Əgər mayın 2-də 800-dən bir qədər çox yoluxma baş vermişdirsə, mayın 4-də aşkar olunan halların sayı 1223-ə çatıb. Ancaq qurbanların da sayı azalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti