Ermənistanda nazir istefa verdi

 Ermənistanda nazir istefa verdi
  05 May 2020    Oxunub:3436
Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan istefa verib.
Azvision.az xəbər verirki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, nazirin vəzifəsindən azad edilməsi ilə bağlı rəsmi qərar hələ hökumətinin saytında dərc edilməyib. Onun sözçüsü David Qriqoryan isə məlumatı şərh etməyəcəyini bildirib.

E. Qriqoryan 2017-2018-ci illərdə Ermənistan baş nazirinin köməkçisi olub. 1 iyun 2019-cu ildə ətraf mühit naziri təyin edilib.

Qeyd edək ki, bu gün erməni KİV-ləri hökumətdə gərginliyin artdığını və mümkün istefalar barədə məlumat yaymışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Nazir   İstefa  





Xəbər lenti