Belarusda koronavirusdan ölənlərin sayı 107-ə çatıb

Belarusda koronavirusdan ölənlərin sayı 107-ə çatıb
  05 May 2020    Oxunub:2780
Belarusda son sutka ərzində 861 nəfər yeni növ koronavirusa yoluxub, bununla da ümumi yoluxma sayı 18 min 350-ə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirus diaqnoz qoyulmuş dörd xəstə vəfat edib. Nəticədə ölkədə pandemiya qurbanlarının sayı 107 nəfərə çatıb. Bu günədək 3771 xəstə sağalıb.

Azvision.az


Teqlər: Belarus   Koronavirus  





Xəbər lenti