MDB XİN Şurasının onlayn iclası keçiriləcək

 MDB XİN Şurasının onlayn iclası keçiriləcək
  05 May 2020    Oxunub:2737
Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının videokonfrans formatında iclası keçiriləcək.
Azvision.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, nazirlər bir sıra layihələri müzakirə edəcəklər.

XİN Şurasının gündəliyində olan layihələrin əksəriyyəti humanitar məsələlərə aiddir. Burada MDB-yə üzv dövlətlərin 2021-2030-cu illər üçün gənclərlə bağlı beynəlxalq əməkdaşlıq strategiyası layihəsi var. Əsas məqsəd birlik ölkələrindən olan gənclərin təmaslarını intensivləşdirməkdir.

Nazirlər 2021–2025-ci illər üçün ortaq mədəniyyət tədbirlərinin siyahısını da müzakirə edəcəklər.

Digər bir layihə, MDB Şəbəkə Universitetinin yaradılması ilə bağlıdır. Universitet birgə təhsil proqramları həyata keçirəcək.

Bundan əlavə, MDB Nazirlər Şurasının iclasında turizm sahəsində 2021-2030-cu illər üçün İnkişaf strategiyası müzakirə ediləcək.

Nazirlər, həmçinin beynəlxalq gündəmdəki aktual mövzular ətrafında fikir mübadiləsi aparacaq və XİN-in 2020-ci il üçün çoxsəviyyəli məsləhətləşmələr Planını təsdiqləyəcəklər.

MDB Xarici İşlər Nazirləri korrupsiyaya qarşı mübarizə və üzv dövlətlərin silahlı qüvvələri üçün ortaq rabitə sisteminin yaradılması məsələlərini də müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MDB   XİN   İclas  





Xəbər lenti