İranda daha 63 nəfər koronavirusdan öldü

İranda daha 63 nəfər koronavirusdan öldü
  05 May 2020    Oxunub:2595
İranda son sutka ərzində koronavirusa yoluxmadan 63 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda pandemiya qurbanlarının sayı 6340-a çatıb.

Son sutkada 1323 yeni yoluxma halı qeydə alınıb. Bununla da ölkə üzrə virusa yoluxanların ümumi sayı 99 970 nəfər olub. İndiyədək xəstəlikdən 80 475 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti