Dünyada 50-dən çox jurnalist koronavirusdan ölüb

Dünyada 50-dən çox jurnalist koronavirusdan ölüb
  05 May 2020    Oxunub:2645
Dünyanın 23 ölkəsində 55 media işçisi koronavirus infeksiyasından ölüb. Rusiyada isə üç jurnalistin ölümü qeydə alınıb.
Azvision.az xəbər verir ki, bunu Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov bildirib.

Onun sözlərinə görə, Rusiyada daha 100 jurnalist COVID-19 virusuna yoluxub, onlardan 45-i federal medianın və onların bölgələrdəki müxbir ofislərinin əməkdaşları, 60-ı isə regional mediada çalışan jurnalistlərdir.

Solovyov deyib ki, jurnalistlərin əksəriyyətində xəstəlik simptomsuz keçir. Hazırda 500-dən çox rusiyalı jurnalist ev karantində saxlanılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Media   KİV   Jurnalist  





Xəbər lenti