İspaniyada koronavirusa yoluxma sayı 220 minə çatır

İspaniyada koronavirusa yoluxma sayı 220 minə çatır
  05 May 2020    Oxunub:2927
İspaniyada son sutka ərzində koronavirusa yoluxmadan 185 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da İspaniyada koronavirusdan ölənlərin sayı 25 613 nəfərə çatıb. Son sutkada yoluxanların sayı 867, ümumi yoluxma sayı isə 219 329 nəfərdir.

Xəstəlikdən indiyə kimi 123 486 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İspaniya   Koronavirus   COVİD-19  





Xəbər lenti