Türkiyədə gecə əməliyyatı: 560 polis işdən çıxarıldı

Türkiyədə gecə əməliyyatı: 560 polis işdən çıxarıldı
  07 Yanvar 2014    Oxunub:929
Onlardan 80 nəfəri yüksək çinli polis məmuru olub
İstanbul Prokurorluğunun korrupsiya əməliyyatı ilə bağlı apardığı istintaq əməliyyatı zamanı 560 nəfərə yaxın müdir, rəis və polis məmuru dünən gecə yarısı vəzifəsindən kənarlaşdırılıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə edilən ilk məlumatlara görə, vəzifə dəyişikliyi Ankara polis idarəsindən tutmuş bütün polis idarələrində baş tutub. Bəzi polis idarələrindəki şəxsi heyətin vəzifəsindən uzaqlaşdırıldığı da bildirilir.

Vəzifə yerləri dəyişdirilən 80 rütbəlinin böyük əksəriyyəti isə idarəçilik, maliyyə cinayətlər, qaçaqçılıq və kiber cinayətlərlə mübarizə şöbələrində çalışanlar olub.

Mirvari


Teqlər:  





Xəbər lenti