Ermənistan hökumətində istefalar gözlənilir

 Ermənistan hökumətində istefalar gözlənilir
  05 May 2020    Oxunub:5012
Ermənistan hökuməti və millət vəkilləri arasında mümkün istefalarla bağlı gərginlik artır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “Joxovurd” nəşri yazıb.

Nəşrin məlumatına görə, "Mənim addımım" parlament fraksiyasının mayın 2-də keçirilən iclasında baş nazir Nikol Paşinyan gələn şikayətlərdən bezdiyini və problemlərin komandanın özündə axtarılmalı olduğunu bildirib.

Baş nazir komandasını bir-birlərinə qarşı kompromat toplayıb ona ötürməyə deyil, hər kəsi oyanmağa, birlikdə işləməyə çağırıb.

Məlumata görə, fraksiyada gərginlik bəzi deputatları (o cümlədən Vardan Atabekyan, Anna Karapetyan) mandatlarını təhvil verməyə razı salmaq üçün hər cür cəhd göstərmələri ilə əlaqədardır.

Qeyd edilib ki, yaxın gələcəkdə istefalar və yeni təyinatların mümkün olduğu Ermənistan hökumətində gərgin ab-hava hökm sürür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Hökumət   İstefa  





Xəbər lenti