Rusiyada koronavirusa yoluxma sayı 155 mini ötdü

 Rusiyada koronavirusa yoluxma sayı 155 mini ötdü
  05 May 2020    Oxunub:2822
Rusiyada son sutkada koronavirusa yoluxanların sayı 10 min 102 nəfər artaraq, 155 min 370-ə çatıb.
Azvision.az ”RİA-Novosti”yə istinadla xəbər verir ki, ümumilikdə ölkənin 85 bölgəsi üzrə 155 min 370 yoluxma halı aşkar edilib.

95 nəfəri son sutkada olmaqla, indiyə kimi virusa yoluxmadan 1451 nəfər vəfat edib. Son 24 saat ərzində virusdan sağalanların sayı 1770 nəfər artaraq 19 min 865-ə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti