İtaliyada pandemiya qurbanlarının sayı 29 mini ötüb

İtaliyada pandemiya qurbanlarının sayı 29 mini ötüb
  05 May 2020    Oxunub:3884
İtaliyada son sutka ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 min 79 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 1221 yeni yoluxma qeydə alınıb. Ümumi yoluxma sayı 211 min 938 nəfərdir. İndiyədək 82 min 879 nəfər koronavirusa qalib gəlib.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti