Koronavirusdan ölənlərin sayı 250 mini keçdi

   Koronavirusdan ölənlərin sayı 250 mini keçdi
  05 May 2020    Oxunub:4173
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 603 min 874 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 250 min 54 nəfərdir. İndiyədək 1 milyon 169 min 405 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti