Ruhani ÜST-ü müdafiə etdi: “ABŞ-ın qərarı yersizdir”

 Ruhani ÜST-ü müdafiə etdi:  “ABŞ-ın qərarı yersizdir”
  04 May 2020    Oxunub:3111
"ABŞ-ın ÜST-ü maliyyələşdirməyi dayandırmaq qərarı Vaşinqtonun məsuliyyətsiz addımı və strateji səhvidir".
Azvision.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Koronavirus bütün dünyanın təhlükəsizliyi və sağlamlığı üçün ümumi təhdiddir. Koronavirusla mübarizədə ön cəbhədə olan ÜST-ü sarsıtmaq virusa qarşı birgə beynəlxalq mübarizəni zəiflətmək deməkdir".

Ruhaninin sözlərinə görə, ABŞ-ın qərarı yersizdir və əsaslandırıla bilməz.

İran Prezidenti, həmçinin qeyd edib ki, beynəlxalq müqavilələri pozan ölkədən başqa bir şey gözləmək lazım deyil.

Xatırladaq ki, aprel ayında ABŞ Prezidenti Donald Tramp ÜST-nin maliyyələşdirilməsinin dayandırıldığını elan edib. Tramp administrasiyası ÜST-ü koronavirusun yayılmasına zamanında reaksiya verməməkdə günahlandırır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   İran  





Xəbər lenti