Timoşenko 5.5 milyon dollar kompensasiya alıb

Timoşenko 5.5 milyon dollar kompensasiya alıb
  04 May 2020    Oxunub:3450
Ukraynanın sabiq Baş naziri, "Batkivşina" partiyasının sədri Yuliya Timoşenko 2011-2014-cü illərin siyasi repressiyasına görə ABŞ-dan 148 milyon qrivna (5.5 milyon dollar) məbləğində kompensasiya alıb.
Azvision.az xəbər verir ki, bu barədə Vahid dövlət bəyannamələr reysterinin saytında dərc olunmuş məlumatda bildirilib. Göstərilən vəsaitin mənbəyi Texas hüquq firması Reid, Collins, Tsai LLP-dir.

Qeyd edək ki, Ukrayna Baş Prokurorluğu Yuliya Timoşenkonu 2009-cu ildə Rusiya ilə qaz sazişlərinin imzalanmasında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti