Babək Zəncani İrandan qaçmağa hazırlaşırdı
AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Ejei mətbuat konfransında bildirib ki, Zəncaninin satdığı neft qarşılığında ölkənin qurumlarına 2 milyard avrodan çox borcu var: «O, bu borcu ödəməyərək, xarici qaçmaq istədiyi ehtimalına əsasən tutulub».
İran televiziyasının saytında yayımlanan həmin xəbərə görə, Ejei deyib: «Bu adam dövlət qurumlarının hesabına 2,5 milyard avro köçürdüyünü söyləyir. Ancaq həmin qurumlar bu ödəmənin edilmədiyini bildirir. Təqdim olunan sənədlərin doğruluğu araşdırılır. Həbsdə saxlanılan şübhəliyə xaricdə pulu varsa, ehtiyac olarsa, gətirməsi üçün şərait yaradılacaq».
Teqlər: