Misir ordusu 126 terrorçunu məhv edib

Misir ordusu 126 terrorçunu məhv edib
  03 May 2020    Oxunub:2624
Misir ordusunun keçirdiyi silsilə əməliyyatlar nəticəsində 126 yaraqlı məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamez əl-Rifai məlumat verib.

Onun sözlərinə görə, 22 reyd və 16 xüsusi əməliyyat nəticəsində 126 terrorçu zərərsizləşdirilib.

"Əməliyyatlar zamanı Misir ordusunun 4 zabiti, 3 kiçik zabit və 8 hərbçisi, ümumilikdə 15 nəfər üzvü həlak olub və ya yaralanıb”, - deyə əl-Rifai “Twitter”də yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Misir   Ordu   Terrorçu  





Xəbər lenti